send link to app

ALO141 app for iPhone and iPad


4.8 ( 2768 ratings )
Navigation Travel
Developer: Baku Transport Agency
Free
Current version: 1.0.1, last update: 9 months ago
First release : 21 Dec 2022
App size: 45.81 Mb

ALO141.az multifunksional bir portal olaraq, istifadəçilərə Bakı şəhərinin ictimai nəqliyyatından istifadə, eyni zamanda, digər əhəmiyyətli məlumatları təqdim edir. Sayt 3 dildə - azərbaycan, rus və ingilis dillərində istifadəyə verilir. Əsas menyuda siz, BNA-nın ALO141 Çağrı Mərkəzi haqqında ümumi məlumatla, paytaxtın ictimai nəqliyyat sistemində ən son xəbərlərlə və ən çox soruşulan sualların cavabları ilə tanış ola bilərsiniz.
Hal-hazırda portalda 7 əsas bölmə işlənib hazırlanmışdır.
İlk bölmə, ŞİKAYƏT VƏ TƏKLİFLƏR bölməsidir. Bu bölmədə ictimai nəqliyyat ilə bağlı hər növ təklif və ya şikayətləri həftənin 7 günü 24 saat olmaqla ad, soyad, telefon nömrəsi və müraciətin aid olduğu kateqoriyanı seçməklə ünvanlaya bilərlər.
İkinci bölmə, NECƏ GETMƏLİ? (GEDİŞ PLANI) adlanır. Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda, istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.
Üçüncü bölmə, TAKSİ bölməsidir. Bu bölmədə, hazırda Bakı şəhərində sifarişli taksi xidməti ilə məşğul olan şirkətlər barədə məlumat almaq mümkündür.
Dördüncü bölmə AVTOBUSLAR bölməsidir ki, burada, istənilən marşrutun nömrəsini seçməklə, xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.
Beşinci bölmə NƏQLİYYAT MÜBADİLƏ MƏRKƏZLƏRİ - HABlarla bağlıdır. Bu bölmədə hal-hazırda fəaliyyət göstərən HABlar barədə məlumat almaq mümkündür.
Altıncı bölmə, YOLLARDA VƏZİYYƏT bölməsidir ki, burada, paytaxt yollarındakı tıxaclar barədə məlumat əldə etmək mümkündür.
Yeddinci bölmə İCTİMAİ QINAQ bölməsidir. Bu bölmədə sürücülərin, sərnişinlərin və ya piyadaların qaydalara əməl etməməsi ilə bağlı foto və video materiallarınınpərakəndə yayılmasının qarşısını almaq, onları bir platformada toplamaqdır.